Paşinyan Sarkisyanla Koçaryanı məhkəməyə çəkir - Ermənistanda siyasi təmizləmə
Ölçü:


Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Saşik (Aleksandr) ailəsi ilə birlikdə Parisə uçmaq istəyərkən saxlanılıb.

Koordinat.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, keçmiş prezidentin qardaşının evində aparılan axtarış zamanı çoxlu pul və silah tapılıb. Bildirilir ki, Saşikin oğlu Ayk da həbs edilib.

2007-ci ildə İrəvanda David Simonyan adlı şəxsin odlu silahla yaralanması faktı üzrə daha əvvəl bağlanmış cinayət işi yenidən açılıb və bu iş üzrə Ayk Sarkisyana ittiham irəli sürülüb. Aykın qardaşı Narek də qanunsuz silah-sursat əldə etmək və saxlamaqda, eləcə də iri partiya narkotik əldə etməkdə ittiham olunur.

Ümumerməni Fondu “Ayastan”ın direktoru Ara Vardanyan isə daxil olan vəsaitləri şəxsi məqsədlərlə istifadə etmək ittihamı ilə həbs edilib. Bu iş üzrə Dağlıq Qarabağ ermənilərinin keçmiş lideri Arkadi Qukasyanın da adı keçir.

Keçmiş prezident Rober Koçaryan isə 1 mart 2008-ci il cinayəti ilə bağlı istintaqa ifadə verməyə dəvət olunub.


05.07.2018 16:58:00
Oxuma sayı: 258