Oqtay Şirəliyev çaşdı: "Azərbaycanın icbari tibbi sığorta modeli digər ölkələr üçün nümunədir"
Koordinat.az xəbər verir ki, iclasda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev ana ölümlərinin əhəmiyyətli dərəcədə azaldığını, yoluxucu xəstəliklərə qarşı mübarizənin gücləndirildiyini nəzərə çatdırıb: “Azərbaycanda mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb, məktəblərə qeydiyyat dərəcəsi 99,8-100 faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub. 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb, ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib, o cümlədən malyariyanın qarşısı tamamilə alınıb. Ətraf mühitin mühafizəsi üçün qlobal tərəfdaşlıq üzrə mühüm irəliləyişlər əldə olunub”.
Nazir həmçinin Azərbaycanın icbari tibbi sığorta modelinin digər ölkələr üçün nümunəvi model kimi təqdim edilməsini təklif edib
05.07.2018 15:56:00
Oxuma sayı: 4080