Ərdoğan Putinlə nəyi müzakirə edəcək?
Ölçü:


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan noyabrın 13-də Moskvaya səfər edəcək.

 Koordinat.az xəbər verir ki, Türkiyənin NTV telekanalının yaydığı məlumata əsasən, Ərdoğanın Rusiyaya səfər proqramı artıq müəyyənləşib. Bildirilir ki, Ərdoğan Putinlə tərəflərin bir çox geosiyasi problemləri müzakirə edəcək. İlk növbədə Ərdoğan Suriyada millətləarası dialoq konqresi üçün Soçidə keçiriləcək görüşə “Demokratik İttifaq” (PYD) partiyasının nümayəndələrinin çağırılmasını səbəb göstərib. Çünki Ankara terror təşkilatı hesab etdiyi PYD nümayəndələrinin bu görüşə çağırılmasını mənfi hal kimi dəyərləndirib.

Ərdoğanın Putinlə görüşündə Suriya və İraqda terrora qarşı mübarizədə də müzakirə olunacaq.

Ərdoğan Moskvadan noyabrın 14-ü Küveytə uçacaq.

 
06.11.2017 17:46:00
Oxuma sayı: 1510