Mingəçevirdəki enerji qəzası: təkcə enerji sistemi yox, həm də təbliğat tezisləri çöküb
Ölçü:


"İllər boyu təbliğat apardıq, beynəlxalq təşkilatları ayağa qaldırmağa çalışdıq ki, Metsamor Atom Elektrik Stansiyası köhnəlib, acından ölən Ermənistan hökumətinin stansiyanın texnologiyasını təzələmək imkanı yoxdur, hər an qəza baş verə bilər, tədbir görün, stansiyanı bağlayın filan...".

Koordinat.az
xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib. O qeyd edib ki, Mingəçevirdəki enerji qəzasından sonra Metsamor AES-ə görə Ermənistana irad tutan  Azərbaycanın özünün adi İstilik Elektrik Stansiyasının, yəni qeyri-nüvə texnologiyalı enerji sisteminin çox köhnəlmiş və qəza vəziyyətində olması üzə çıxıb.

"Yarımstansiyanın transformatorundakı qəza təkcə enerji sistemini yox, təbliğat tezisləri və uğur hekayələrini də çökdürdü", - deyə politoloq bildirib.
05.07.2018 12:06:00
Oxuma sayı: 579