5 yaşadək uşaq ölümü 28 faizdən 12,8 faizə düşüb
Ölçü:


"Azərbaycanda 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28%-dən 12,8%-ə düşüb. Ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib".

Koordinat.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesusun iştirakı ilə "BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində səhiyyə islahatları" mövzusunda keçirilən yüksək səviyyəli iclasda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev deyib. Nazir bildirib ki, Azərbaycanda ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluğun səviyyəsi 49%-dən 5%-ə enib.

Oqtay Şirəliyev qeyd edib ki, son 25 ildə dünyada 5 yaşadək uşaq ölümü yarıya enib, ana ölümü 2 dəfə azalıb.

05.07.2018 11:37:00
Oxuma sayı: 2893