Kərəm Həsənov Elmar Vəliyev üçün Türkiyədən beyin cərrahı gətirdi - FOTO
Ölçü:


Türkiyənin məşhur beyin cərrahı Türkel Kılıç Gəncənin icra başçısı Elmar Vəliyevin əməliyyatını həyata keçirib.

Koordinat.az xəbər verir ki, iyulun 3-də saat 20:30 radələrində Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısında Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən güllələnmiş Elmar Vəliyevin əməliyyatına səhər saatlarında Medicalpark xəstəxanasının Göztəpə xəstəxanasının beyin cərrahı Türkel Kılıç girib. Məşhur cərrah gecə saatlarında təcili olaraq Bakıya gəlib.

Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənovun dəvəti ilə Bakıya gələn həkim icra başçısının həyati riskini azaldan əməliyyat keçirib. Həkim açıqlamasında hazırda Elmar Vəliyevin həyatı üçün heç bir riskin olmadığını deyib: "Elmar müəllimin səhhətində irəliləyiş gedir. Hər keçən gün daha da yaxşı olacaq".

Türkiyəli həkim deyib ki, Kərəm Həsənov və daha bir neçə məmur əməliyyat zamanı icra başçısını gecə ilə ziyarət ediblər.

Xatırladaq ki, sui-qəsd zamanı Elmar Vəliyevin biri baş, digəri qarn nahiyəsindən olmaqla iki güllə yarası aldığı bildirilir.

04.07.2018 23:52:00
Oxuma sayı: 853