Bakı şəhərinin Təhsil İdarəsini müdiri yenə də Məhəbbət Vəliyevadır - ƏMR
Ölçü:


Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinin icrası təhsil nazirinin yeni müavini Məhəbbət Vəliyevaya həvalə edilib.

Bu barədə Koordinat.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məhəbbət Vəliyeva Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji  Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.

2001-ci ildə “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsinin qalibi olub.

Azərbaycan Respublikası  Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.

2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli sərəncamı ilə  təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

Psixologiya üzrə fəlsəfə doktorudur. YAP Nəsimi Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Ailəlidir, 2 övladı var.

 
05.07.2018 10:09:00
Oxuma sayı: 172