16 ağac kəsdi, 4380 manat cərimələndi
Ölçü:


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, reyd zamanı Gəncə şəhəri, Kəpəz rayonu, M.Hüseynzadə küçəsində köküstə yaş 16 ədəd lüqustr ağacının kəsildiyi və təbiətə 4380 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacları Gəncə şəhər sakini Rasim Ələsgərov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

04.07.2018 10:03:00
Oxuma sayı: 2843