Azərbaycanın xaricə satdığı məhsullar - pomidor 1-ci yerdədir
Ölçü:


Bu ilin yanvar-may aylarında Azərbaycan qeyri-neft sektoru üzrə 667,5 milyon dollarlıq məhsul ixrac edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 112 milyon dollar və ya 20 faiz artıb.

Koordinat.az
xəbər verir ki, ən çox ixrac edilən qeyri-neft sektoruna aid məhsul isə 96,8 milyon dollarlıq dəyərlə tomat (pomidor) olub. 2017-ci illə müqayisədə bu ilin 5 ayında pomidor ixracı dəyər baxımından 21 faiz, həcm baxımından isə 15 faiz artıb. Siyahıda ikinci yerdə elektrik enerjisi (53,3 milyon dollarlıq), üçüncü yerdə qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 48,4 milyon dollar) qərarlaşıb.

Ümumiyyətlə isə yanvar-may ayları ərzində meyvə-tərəvəz ixracı 189,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 59 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 58 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28 milyon, kimya sənayesi məhsullarının ixracı 23,7 milyon, pambıq ipliyi ixracı 7,6 milyon dollar təşkil edib.

03.07.2018 13:33:00
Oxuma sayı: 1701