1 ədəd “iPhone" = 10 ton kartof - Azərbaycan iqtisadiyyatı barədə müqayisə
Ölçü:


“Bir “iPhone” almaq üçün 10 ton kartof satmalıyıq” –Qubad İbadoğludan maraqlı müqayisə

İqtisadçı alim Qubad İbadoğlu maraqlı müqayisə aparıb.

Koordinat.az
xəbər verir ki, Qubad İbadoğlu yerli istehlakçıların bahalı xarici telefon markalarını əldə etmək üçün lazım olan yerli məhsulların dəyərini hesablayıb. O qeyd edib ki, hazırda “ABŞ “iPhone”, Cənubi Koreya “Samsunq Galaxy” mobil telefonları istehsal və ixrac edir. Azərbaycanın əsas ixrac məhsulları isə neft, pambıq, kartof və pomidordur: "Bakıda ABŞ istehsalı olan “iPhone X 64GB”-in nağd qiyməti 1959 manat, nisyə qiyməti 2400 manat, Cənubi Koreya istehsalı olan “Samsunq Galaxy S9 plyus (S965)” nağd qiyməti 1469 manat, nisyə qiyməti isə 1836 manatdır".

"Azeri Layt” markalı 1 çəllək (159 litr) neftin dünya bazar qiyməti 132 manat, 1 kq pambığın topdansatış qiyməti 2,55 qəpik, 1 kq kartofun topdansatış qiyməti 20 qəpik, 1 kq pamidorun topdansatış qiyməti iəs 40 qəpikdir. Deməli, biz 1 “iPhone X 64GB” markalı telefonu nağd almaq üçün ayrılıqda 15 çəllək (2385 litr) neft çıxarmalı, 785 kq pambıq yığmalı, 10 ton kartof və ya 5 ton pomidor yertişdirib satmalıyıq.  Özünüz nəticə çıxarın, görün, Azərbaycan iqtisadiyyatı necə inkişaf edir və biz hansı istiqamətə gedirik – it hürən, yoxsa işıq gələn?”– deyə Qubad İbadoğlu qeyd edib.

02.07.2018 15:47:22
Oxuma sayı: 1735