62 min şagirdin yekun attestasiyası aparılıb
Ölçü:


İyunun 21-də keçirilən buraxılış imtahanlarında iştirak edən şagirdlərin təhsil sənədinə yazılacaq yekun qiymətlər “Şagird-məzun” sisteminə daxil edilib.

Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a verilən məlumata görə, bu imtahanlarda iştirak edən 62 227 şagirdin ümumi orta və tam orta təhsil səviyyələrində yekun attestasiyası aparılıb və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri sistemə daxil edilib.

Şagirdlərinin yekun qiymətləri məlum olan ümumtəhsil müəssisələri dövlət nümunəli təhsil sənədlərinin məzunlara verilməsi üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda Mərkəz tərəfindən iyunun 27-də keçirilən buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin yekun attestasiyasının aparılması işi davam edir. Qiymətlər tezliklə “Şagird-məzun” sisteminə daxil ediləcə
02.07.2018 13:02:00
Oxuma sayı: 289