Sabah 41 dərəcə isti olacaq
Ölçü:


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 23-27° isti, gündüz 37-41° isti, Bakıda gecə 25-27° isti, gündüz 38-40° isti olacağı gözlənilir.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
30.06.2018 13:27:15
Oxuma sayı: 2937