Türk ekspert: “Putin hakimiyyəti tərk etməsə..." – Təhlil
Ölçü:


Rusiyada prezident seçkilərinə dörd aydan az qaldığına baxmayaraq, Rusiyanın indiki prezidenti Vladimir Putin öz namizədliyini irəli sürmür. Bu, suallar doğurur.

Bu, son iki ildə boyunca məhdud çərçivədə və Türkiyə KİV-lərində müzakirə edilən ssenarilər içində, demək olar, əksini tapmır. Putinin qarşıdakı prezident seçkilərinə qatıla biləcəyi haqda proqnozlar var. Britaniyanın “Independent” qəzeti ehtimal edir ki, Rusiya prezidenti 2018-ci il mart seçkilərində namizədliyini irəli sürməyə bilər.

Putinin hakimiyyətdən mümkün gedişi haqda şayiələrin qaynağı hər şeydən əvvəl onun özüdür; daha dəqiqi, onun ən yaxın çevrəsinə səsləndirdiyi gileydir: “Mən yorulmuşam”. Bu şikayətdə ədalət payı var, çünki dörd il baş nazir postu da nəzərə alınmaqla Putin tam 17 il hakimiyyətdədir.

18 mart seçkilərində namizədliyin irəli sürülməsi daha altı il ərzində son dərəcə intensiv işin davamı demək olacaq. “Independent”dəki şərh həm də bu tezisə söykənir ki, Putin yorulub və yeni seçkiqabağı qovğaya bir də girişmək istəmir.

Xeyli başqa səbəblərə əsaslanan başqa bir ssenaridə də güman olunur ki, Putin öz namizədliyini irəli sürməyə bilər, amma bu dəfə tamamilə başqa motivlər göstərilir. Rusiya konstitusiyasına əsasən, eyni adam prezident vəzifəsini üç müddətə dalbadal tuta bilmədiyindən 2012-ci il seçkilərində qalib gələn Putin 2018-ci ildə seçiləcəyi halda səlahiyyətlərinin bitdiyi 2024-cü ildə hakimiyyəti buraxmalı olacaq. Amma Putin 2018-də 2008-dəki kimi prezident postundan baş nazir postuna keçərsə, onda altı ildən sonra daha iki müddətə dalbadal seçilmək imkanı əldə edər. Əlbəttə, unutmaq lazım deyil ki, hazırda 65 yaşı olan Putinin 2024-də artıq 72 yaşı olacaq.

Yuxarıdakı iki ssenari bu tezisə söykənir ki, Putin seçkilərə “könüllü” getməyəcək.

Amma bir ssenari də var…

Putinin hüdudsuz hakimiyyətə sahib və danılmaz lider olduğu haqda rəvac tapmış təsəvvürə baxmayaraq, əslində, hər şey elə də sadə olmaya bilər. Rusiyada sistemin hakimiyyətə gətirdiyi Putinin elə bu sistem tərəfindən də işdən götürülə bilmək ehtimalı göründüyündən daha yüksəkdir və kənardan bu cür görünməsə də, o, əvəzsiz lider deyil.

Əslinə baxanda, ziddiyyətli durum göz qabağındadır.

Putin, həqiqətən də, Rusiyanın təkəbbürlü və təşəbbüslü xarici siyasəti sayəsində son illər beynəlxalq səhnədə xeyli xal toplayıb, onun pərəstişkarları çoxalıb. Lakin Putin iqtisadiyyat kimi önəmi sahədə uğursuzluğa düçar olub. Putinin sükan arxasında durduğu bütün 17 il müddətində Rusiya elə belə də iqtisadiyyatı şaxələndirə bilməyib, neft və təbii qazdan əldə edilən gəlirlər onun ixracatdan əldə etydiyi gəlirlərin 60%-i təşkil edir, yəni ölkə əvvəlki kimi energetik xammaldan xeyli dərəcədə asılıdır.

Neft qiymətlərinin düşdüyü bu şəraitdə Rusiya sudan çıxarılmış balığa dönür və iqtisadi böhranda boğulmağa başlayır. Sanksiyalar Putinin Qərblə qarşıdurma siyasətinin bədəli kimi lay-lay bunun üzərinə gələndə iqtisadiyyat çöküb.

Bəzi oliqarxlar bu durumdan, daha doğrusu, bütün bunlarda günahlandırdıqları Putindən şikayətlənir və prezidentin dəyişilməsini tələb edərək FTX-ə, yəni ölkəni gerçəkdən yönəldən məxfi xidmətə basqı göstərirlər. Putin nə qədər güclü olur-olsun, dövlətə qarşı gedə və hakimiyyəti tərk etmək təlqininə müqavimət göstərə bilməz. Hansı ssenarinin gerçəkləşdirilməsi və Putinin 2018-ci il seçkilərində namizəd olub-olmayacağıından asılı olmayaraq, hər şeyə əsasən, hər necə olsa da, Putinin adı dillərdə əzbər olacaq.

Cenk Başlamış,
Medya Gunlugu (Türkiyə)
 26.11.2017
Tərcümə Strateq.az-ındır. 

27.11.2017 12:28:51
Oxuma sayı: 129