Valyuta ehtiyatımız xarici borcu üstələyir
Ölçü:


“Neftin qiymətində baş verən dəyişiklər büdcəyə təsir edən amildir. Bir neçə il bundan öncə dünya bazarında baş verən maliyyə iqtsadi böhran və neftin qiymətinin aşağı düşməsi nəticəsində həmin dövrdə dövləti büdcəyə yenidən baxmağa sövq edib”.

Koordinat.az
xəbər verir ki, bunu Milli Məclisin iclasında 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. O deyib ki, cari ilin ötən dövründə həm dünya, həm də Azərbaycam iqtisadiyyatında müsbət təsirlər qeydə alınıb: “Neftin qiymıtinin artması nəticəsində büdcədə neftin qiymətində dəyişikliklərə zərurət yaranıb. Neftin bahalaşması, dövlət maliyyə sistemində aparılan islahatlar nəticəsində ölkəmizdə Ümumi Daxili Məhsul 1.2 faiz artıb. Neft sektorunda 28.1 faiz, qeyri-neft sektorunda 5.7 faiz artım qeydə alınıb. Ölkəmizin valyuta ehtiyatları artaraq xarici borcu bir neçə dəfə üstələyib. Bir sıra sosial layihələrin maliyyə hesabında artım qeydə alınıb. Hesablama Palatası büdcə haqqında hesabat təqdim edib”.
29.06.2018 13:05:41
Oxuma sayı: 11392