Müəllimlərin işə qəbulu üçün keçid balı aşağı salına bilər
Ölçü:


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində müəyyən fənlər üzrə aşağı nəticə göstərilərsə, keçid balı aşağı düşə bilər.

Koordinat.az
xəbər verir ki, bu barədə “Təhsil” televiziyasının “Həftənin sualı” verilişində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə bildirib. O deyib ki, suallar xüsusi ekspertlər vasitəsilə hazırlanır: “Hələlik keçid balının 36 olması nəzərdə tutulub. Hər hansı fəndə xüsusi aşağı nəticə göstərilərsə, ballar aşağı salına bilər. Amma bununla bağlı konkret rəyi imtahanlar başa çatandan sonra demək olar”. 
29.06.2018 11:44:00
Oxuma sayı: 382