“Ruhun həsrəti” - Raquf Orucov haqqında film çəkilib
Ölçü:


Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” sənədli filminin təqdimatı keçirilib.
 
Koordinat.az
xəbərinə görə, Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə keçirilən toplantıda kütləvi informasiya vasitələrinin təmsilçiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Tədbirdə "Ruhun həsrəti" sənədli filmi nümayiş olunub. Daha sonra akademik Gövhər Baxşəliyeva bildirib ki, Raquf Orucov Murovdağda kəşfiyyat bölüyünün komandiri kimi dşmənlə üz-üzə ağır hərbçi həyatı yaşayıb.
 
"Kaspi" qəzetinin təsisçisi və baş redaktoru Sona Vəliyeva qeyd edib ki, gənc nəsil vətən uğrunda canlarından keçən qəhrəmanları, o cümlədən Raquf Orucovu yaxından tanımalıdır.
 
Cahangir Məmmədli sənədli filmin telekanallarda nümayişinin zəruriliyini vurğulayıb.
 
Bundan əvvəl aprel şəhidləri olan pilotlara həsr olunmuş “Aprel şəkilləri” sənədli filminin təqdimatının keçirildiyini xatırladan MŞ sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, "Ruhun həsrəti" filminin çəkilişləri Bakıda və Ağdamda aparılıb.
 
Tədbir zamanı bildirilib ki, Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir.
 
Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü ilə hazırlanan filmin ssenarisi şəhidin həyat yoldaşı Sevinc Orucovaya məxsusdur. Filmin rejissorları Kəmalə Mirzəyeva və Miranə İsmayıl, layihənin rəhbərləri Əflatun Amaşov və Bəxtiyar Qaracadır.
27.06.2018 13:09:00
Oxuma sayı: 363