58 min 243 abituriyent yay imtahanlarına sənəd verib
Ölçü:


Ali təhsil müəssisələrinə yay imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün sənəd qəbulu mayın 17 si başlayıb iyunun 20-də başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a verilən məlumata görə,ali təhsil müəssisələrinə yay qəbul imtahanı I və IV qruplar iyulun 18-də, II və III qruplar iyulun 26-da, V qruplar isə iyulun 10-da keçiriləcək. 

Yay imtahanına sənəd verənlərin sayı 58 min 243 nəfərdir:
Azərbaycan bölməsi üzrə

I  - 20090
II - 13604
III - 15694
IV - 4116

Rus bölməsi üzrə
I - 1666
II - 1373
III - 1215
IV – 485

Bunların cəmi

I - 21756
II - 14977
III - 16909
IV- 4601

Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yaz imtahanına qeydiyyatı olub yay imtahanına da qeydiyyatdan keçən abituriyentlərin sayı  56587 nəfər

Təsdiq edilmiş elektron ərizələri olmayan və sonradan elektron ərizə doldurub qeydiyyatdan keçən abituriyentlərin sayı  3880 nəfər

Təsdiq edilmiş elektron ərizədə qeyd olunmayan imtahan seçimlərini elektron ərizəyə əlavə edən abituriyentlərin sayı  6237 nəfər.
27.06.2018 11:17:00
Oxuma sayı: 254