Gənclərin Qobustan Milli Tarixi Bədii Qoruğuna ekskursiyası - FOTO
Ölçü:


Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tanıyıb tanıtmağa borcluyuq” – aztəminatlı gənclərə milli-mədəni ekskursiya turlarının təşkili layihəsi çərçivəsində Qobustan Milli Tarixi Bədii Qoruğuna 07 İyun 2018-ci ildə ekskursiya təşkil edib.

Koordinat.az
xəbər verir ki, layihənin məqsədi həssas kateqoriyaya aid aztəminatlı ailələrdən olan, habelə, uşaq evləri və internatlarda böyüyən gəncləri tarixi-mədəni abidələrimizlə, muzeylərimizlə yaxından tanış etməkdir. Gənclərimizə milli-mədəni dəyərlərimizi tanıtdırmaq, milli təəssübkeşlik, vətənpərvərlik hisslərini aşılamaq, dünya görüşlərini artırmaq, tarix və mədəniyyət diskussiyaları ilə praktik maarifləndirməkdə layihənin əsas məqsədlərindəndir. Hər bir gənc milli tariximizi, onu əks etdirən maddi-mədəniyyət abidələrini, tarixi-mədəni dəyərlərimizi öyrənməli və təbliğ etməlidir.

Layihə çərçivəsində gənclərin milli-vətənpərvərlik ruhunda təlim-tərbiyəsi məqsədi ilə Bakı və Qobustan şəhərlərində hər birində 15 nəfər olmaqla ümumi 90 nəfər gəncin milli-mədəni ekskursiya turları təşkil ediləcək. Bakıdakı muzey və tarixi-mədəniyyət abidələri, Qobustanda Muzey Komp-leksi ilə gənclərimiz tanış olacaqlar.
08.06.2018 18:07:00
Oxuma sayı: 116