Bakıda bir ağac kəsdiyinə görə 2200 manat cərimələndi
Ölçü:


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi 38 ünvanında ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, əraziyə baxış keçirilib və tikinti işləri aparılan zaman 1 ədəd sərv ağacının kəsildiyi məlum olub. Araşdırma zamanı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Seymur İbrahimova ayrıldığı məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2200 manat məbləğində cərimə edilib.

25.06.2018 10:34:43
Oxuma sayı: 1751