Ən çox və ən az şagirdi olan rayonlar - SİYAHI
Ölçü:


Azərbaycanda ən çox və az şagirdi, məktəbi olan rayonların adları açıqlandı.

Koordinat.az-ın məlumatına görə, Təhsil Nazirliyinin illik hesabatında bildirilib ki, 2017-ci ildə təhsil alanların sayına görə ən çox şagirdi olan rayon Sabunçu (62.374 nəfər), ən az şagirdi olan rayon isə Sədərəkdir (1.287 nəfər).

Rayonlar üzrə ümumtəhsil müəssisələrininin sayına nəzər salsaq, ən çox məktəbi olan rayonlar 135 məktəblə Quba və Ağdam olduğu halda, Naftalan rayonu 3 məktəblə say sıralamasında sonuncudur. Məktəblərin və şagirdlərin sayına görə ən böyük və kiçik bölgələrin siyahısını təqdim edirik:

Ən çox məktəbi olan 6 rayon:

1. Ağdam – 135 məktəb
2. Quba – 135 məktəb
3. Cəlilabad – 125 məktəb
4. Xaçmaz – 123 məktəb
5. Kəlbəcər – 109 məktəb
6. Laçın – 105 məktəb

Şagird sayı ən az olan 5 rayon (şəhər) :

Sədərək – 1.287 nəfər
Naftalan – 1.408 nəfər
Xocalı – 1.580 nəfər
Şahbuz – 2.028 nəfər
Xocavənd – 2.067 nəfər

Şagird sayı ən çox olan 5 rayon (şəhər) :
Sumqayıt – 53.290 nəfər
Abşeron – 52.787 nəfər
Gəncə - 43.131 nəfər
Şəmkir – 34.621 nəfər
Lənkəran – 31.853 nəfər

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda təhsil alan bütün şagirdlərin sayı 1.522.487 nəfər, məktəblərin sayı isə 4.442-dir.
 
25.06.2018 10:14:18
Oxuma sayı: 317