Rusiya Xəzərin statusu haqqında Konvensiya layihəsini təsdiqlədi
Ölçü:


Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiq edib.

Koordinat.az
-ın məlumatına görə, müvafiq qərarda deyilir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin təqdim etdiyi, maraqlı federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış və Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan tərəfləri ilə əvvəlcədən işlənilmiş Xəzər dənizinin hüququ statusu haqqında Konvensiya layihəsi təsdiq olunsun.

Sənəddə bu konvensiyanın imzalanması üçün Rusiya Prezidentinə təqdim olunması təklif olunur.

Qeyd edək ki, Xəzərin statusu haqqında Konvensiya Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında beştərəfli sənəddir.
22.06.2018 18:06:03
Oxuma sayı: 611