"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna daha bir səyahət
Ölçü:


Gənclərin “Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tanıyıb tanıtmağa borcluyuq” - aztəminatlı gənclərə milli-mədəni ekskursiya turlarının təşkili layihəsi çərçivəsində “İçərişəhər" Dövlət Tarix-Memarlıq qoruğuna 11 İyun 2018-ci ildə ekskursiya təşkil edib. Gənclər qoruqla yaxından tanış olmaq imkanı əldə ediblər.

Koordinat.az
xəbər verir ki, layihə çərçivəsində gənclərin milli-vətənpərvərlik ruhunda təlim-tərbiyəsi məqsədi ilə Bakı və Qobustan şəhərlərində hər birində 15 nəfər olmaqla ümumi 90 nəfər gəncin milli-mədəni ekskursiya turları təşkil ediləcək. Bakıdakı muzey və tarixi-mədəniyyət abidələri, Qobustanda Muzey Komp-leksi ilə gənclərimiz tanış olacaqlar.

Tədbirdə iştirak edən gənclərə müxtəlif hədiyyələr təqdim olunub. Layihə rəhbəri Xoşbəxt Seidova çıxış edərək təşkilatı dəstəyə görə Prezident Administrasiyasına, Təhsil və Mədəniyyət Nazirliklərinə, Nəsimi, Nərimanov və Binəqədi rayon İcra Hakimiyyətilərinə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nabiyev və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun idarəsi və onun əməkdaşlarına öz dərin təşəkkürünü bildirdi.
11.06.2018 16:11:02
Oxuma sayı: 167