Gənclərin "İçərişəhər"ə növbəti ekskursiyası
Ölçü:


Gənclərin “Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tanıyıb tanıtmağa borcluyuq” - aztəminatlı gənclərə milli-mədəni ekskursiya turlarının təşkili layihəsi çərçivəsində “İçərişəhər" Dövlət Tarix-Memarlıq qoruğuna 12 İyun 2018-ci ildə ekskursiya təşkil edib. Gənclər qoruqla yaxından tanış olmaq imkanı əldə ediblər.

Koordinat.az
xəbər verir ki, layihənin məqsədi həssas kateqoriyaya aid aztəminatlı ailələrdən olan, habelə, uşaq evləri və internatları bitirən gəncləri tarixi-mədəni abidələrimizlə, muzeylərimizlə yaxından tanış etməkdir. Gənclərimizə milli-mədəni dəyərlərimizi tanıtdırmaq, milli təssübkeşlik, vətənpərvərlik hisslərini aşılamaq, dünya görüşlərini artırmaq, tarix və mədəniyyət diskussiyaları ilə praktik maarifləndirmək də layihənin əsas məqsədlərindəndir.

Layihə rəhbəri Xoşbəxt Seidova çıxış edərək təşkilatı dəstəyə görə Prezident Administrasiyasına, Təhsil və Mədəniyyət Nazirliklərinə, Nəsimi, Nərimanov və Binəqədi rayon İcra Hakimiyyətilərinə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nabiyev və "İçərişəhər" Dövlət Tarix-Memarlıq qoruğunun idarəsi və onun əməkdaşlarına öz dərin təşəkkürünü bildirdi.
12.06.2018 14:08:01
Oxuma sayı: 1663