Gənclər Qobustan Qoruğunu gəzdi - FOTO
Ölçü:


Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tanıyıb tanıtmağa borcluyuq” – aztəminatlı gənclərə milli-mədəni ekskursiya turlarının təşkili layihəsi çərçivəsində Qobustan Milli Tarixi Bədii Qoruğuna 07 İyun 2018-ci ildə ekskursiya təşkil edib.

Koordinat.az
xəbər verir ki, layihənin məqsədi həssas kateqoriyaya aid aztəminatlı ailələrdən olan, habelə, uşaq evləri və internatlarda böyüyən gəncləri tarixi-mədəni abidələrimizlə, muzeylərimizlə yaxından tanış etməkdir. Gənclərimizə milli-mədəni dəyərlərimizi tanıtdırmaq, milli təəssübkeşlik, vətənpərvərlik hisslərini aşılamaq, dünya görüşlərini artırmaq, tarix və mədəniyyət diskussiyaları ilə praktik maarifləndirməkdə layihənin əsas məqsədlərindəndir. Hər bir gənc milli tariximizi, onu əks etdirən maddi-mədəniyyət abidələrini, tarixi-mədəni dəyərlərimizi öyrənməli və təbliğ etməlidir.

Layihə çərçivəsində gənclərin milli-vətənpərvərlik ruhunda təlim-tərbiyəsi məqsədi ilə Bakı və Qobustan şəhərlərində hər birində 15 nəfər olmaqla ümumi 90 nəfər gəncin milli-mədəni ekskursiya turları təşkil ediləcək. Bakıdakı muzey və tarixi-mədəniyyət abidələri, Qobustanda Muzey Komp-leksi ilə gənclərimiz tanış olacaqlar.

Tədbirdə iştirak edən gənclərə müxtəlif hədiyyələr təqdim olunub. Layihə rəhbəri Xoşbəxt Seidova çıxış edərək görülən işlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində görülən və görüləcək işlər nəticəsində gənclərimizin milli vətənpərvərlik hissləri artırılacaq: «Bu gün tariximiz, mədəniyyətimiz haqqında müfəssəl məlumatlara malik olmaq sabah bu dəyərləri qorumaq imkanı əldə etmək deməkdir. Bu ekskursiya onlarda milli təssübkeşlik və vətənpərvərlik hisslərini artıraraq gənclərimizin tarix və mədəniyyətimizə qarşı marağ hisslərini gücləndirəkdir».
08.06.2018 18:29:29
Oxuma sayı: 140