“Tanıyıb, tanıtmağa borcluyuq” layihəsinə başlandı
Ölçü:


Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tanıyıb, tanıtmağa borcluyuq” – aztəminatlı gənclərin milli-mədəni ekskursiya turlarının təşkili layihəsinə start verib.

Koordinat.az
xəbər verir ki, layihənin məqsədi həssas kateqoriyaya aid aztəminatlı ailələrdən olan, habelə, uşaq evlərində böyüyən gənclərimizin tarixi-mədəni abidələrimizlə, muzeylərimizlə yaxından tanış etmək, onlara tarix və mədəniyyətimizi tanıtmaqdır. Həmçinin onlarda da bu dəyərləri tanıtdırmaq məsuliyyətini, milli təssübkeşlik və vətənpərvərlik hisslərini aşılamaq, dünyagörüşünü artırmaq, tarix və mədəniyyət diskussiyaları ilə praktik maarifləndirməkdir.
Aysel 
23.04.2018 18:26:45
Oxuma sayı: 2845