Kəlbəcər məktəbinin müəllimindən yenilik
Ölçü:


İyunun 20-də Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “Səsli dərslik” layihəsinin Kəlbəcər rayon 19 saylı tam orta məktəbdə ilkin təqdimatı keçrilib.

Koordinat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini və layihə rəhbəri Nofəl Şirinov layihənin mahiyətindən danışıb. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında Strateji hədəflər və tədbirlərdən biri, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsidir. “Səsli dərslik” layihəsi də bu ehtiyacdan qaynaqlanaraq hazırlanıb. Layihənin məqsədi VI sinif şagirdləri eləcə də fiziki imkanları məhdud olan uşaqlar üçün İKT-dən istifadə edərək ədəbiyyat fənni üzrə elektron resursların hazırlanmasıdır.

N.Şirinov daha sonra bildirib ki, Qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində "Səsli Dərslik" layihəsi çərçivəsində birsıra işlərin görülməsi planlaşdırılıb. Təşkilati işlərlə yanaşı VI siniflərə aid olan ədəbiyyat dərsliyindəki bədii mətnlər perspektiv planlaşdırmanın tələblərinə uyğun ardıcıllıqla professional diktor və qiraətçilər tərəfindən studiya şəraitində səsləndiriləcək. Yaradılan resursların hamı tərəfindən əlçatan olması üçün sesliderslik.az saytı yaradılaraq bütün resurslar həmin saytda yerləşdiriləcək.Səsləndiriləcək bədii mətnləri şagirdlər sesliderslik.az saytında dinləməklə yanaşı ,kompüter, telefon, planşetə yükləyərək internet olmadan da öyrənə biləcəklər. Qeyd olundu ki,Müasir texnologiyalar əsasında hazırlanacaq bu resurs bütün şagirdlərin böyük marağına səbəb olacaq və ən əsası ədəbiyyt dərsliyini görmə imkanları məhdud olan şagirdlər üçün əlçatan edəcək. Layihənin təqdimatında vurğulandı ki, "Səsli Dərslik"lər şagirdlərin səlis danışıq, natiqlik bacarığını inkişaf etdirəcək, öyrənmə marağını aktivləşdirəcək, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirəcək, zehni fəaliyyətlərinin stimullaşdırıcaq, tədris imkanlarını genişləndirərək, ona məntiqi və axtarıcı xarakter verəcək.Bildirildi ki, layihə iyun ayının 20-dən başlayaraq Noyabr ayının 20- nə kimi davam edəcək. 5 ay müdətində layihənin icra planında nəzərdə tutulan bütün işlər yekunlaşdırılacaq. Layihənin gedişi və yekunu ilə bağlı məlumatlar mütamadi olaraq KİV –nə veriləcək. Təqdimatdan sonra söz alan məktəbin müəllimləri və qonaqları layihə haqqında müsbət fikirlər səsləndirdilər. 
21.06.2018 11:23:00
Oxuma sayı: 253