Azər Əsgərov Avropa çempionatının medalını qazanıb - FOTO
Ölçü:


Şotlandiyanın Qlazqo şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatı keçirilir.

Koordinat.az
xəbər verir ki, qitə birinciliyində Azərbaycan 26 idmançı ilə təmsil olunur. Yarışın ilk iki günü ərzində cüdoçularımız  səkkiz medal qazamağa nail olublar.

Medallardan birini Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov qazanıb.
O, M5 yaş kateqoriyasında (50-54 yaş) 100 kq-dək çəki dərəcəsində çıxış edib. İlk döyüşdə A.Əsgərov alman Ştefan Şultsu məğlub edib. Sonra o, rumın Roman Tanç üzərində qələbə qazanıb. 

Yarımfinalda fransalı Vilyam Lyakomba uduzan həmvətənimiz bürünc medal uğrunda döyüşə çıxıb və  britaniyalı Aleksandr Kastelloya qalib gələrək qitə birinciliyinin medalını qazanıb. Qızıl medal isə finalda Lyakombu mğlub edən avstraliyalı Yulian Rusa qismət olub.

Azərbaycan yığmasınıın üzvlərindən  Fərhad Rəcəbli (M6, 55-59 yaş, 90 kq, qızıl), Vüqar Budaqov (M3, 40-44 yaş, bürünc), Yaman Fətiyev (M5, 50-54 yaş, 100 kq, bürünc), Babək Hacıyev (M3, 40-44 yaş, 60 kq, bürünc), Hafiz Hacıyev (M7, 60-65 yaş, 100 kq, bürünc), Rüfət İsmayılov (M4, 45-49 yaş, 81 kq, bürünc) və Məhəmməd Müslümzadə (M8, 65-70 yaş, 100 kq-dan yuxarı, bürünc) fəxri kürsüdə qalxmağa nail olublar.

Xatırladaq ki, veteranlar arasında Avropa çempionatı iyunun 17-də başa çatacaq.

16.06.2018 11:09:00
Oxuma sayı: 2302