Ermənistandan Belarusa rəsmi etiraz - Azərbaycana görə
Ölçü:


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belarusiyanın Ermənistandakı səfiri İqor Nazarukla görüşüb. Görüşdə Belorusun Azərbaycan müasir silah və döyüş maşınları satması ilə bağlı məsələ müzakirə olunub.

Koordinat.az  xəbər verir ki, bu barədə Qriqoryan özünün “Facebook” səhifəsinə yazıb. O, qeyd edib ki, görüş zamanı Azərbaycana silah satışından narazılıq edib: “Mən Səfirə dərin narahatlığımı bildirdim. Belarus, tərəfdaş öhdəliklərə malik, Ermənistanla dost ölkə kimi Azərbaycana silah satır. Bu regionda sabitliyin qorunmasına yönəlmiş səyləri təhdid edir və bölgədə silahlanma yarışına töhfə verir”.

Xatırladaq ki, Ermənistan tərəfinin narahatçılığına səbəb bu yaxınlarda Belarusiyadan alınan və ordumuzun silahlanmasına qəbul olunan “POLONEZ” raket kompleksidir.
14.06.2018 18:18:14
Oxuma sayı: 675