Rövşən Rzayev: "Etimadı doğrultmaq üçün əzmkarlıqla çalışmalıyıq"
Koordinat.az xəbər verir ki, iclası Dövlət Komitəsinin sədri Rövşən Rzayev açaraq prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr qoyduğunu qeyd edib. O, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də ciddi tapşırıqlar verildiyini xatırladıb: "Bizə göstərilən etimadı doğrultmaq, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirmək üçün daha böyük məsuliyyət və əzmkarlıqla çalışmalıyıq".
İclasda bildirilib ki, prezident İlham Əliyevin siyasətinin mərkəzində ölkə vətəndaşları, onların sosial rifahı dayanır. Bu baxımdan məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və layihələr prioritet hesab edilir.
İclasda gündəlikdəki məsələlərə dair müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib, onların yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.
14.06.2018 16:31:00
Oxuma sayı: 938