SOCAR-ın bu ölkələrdəki gəlirləri artıb- Rəqəmlər
Ölçü:


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2017-cı ildə İsveçrədəki aktivindən gəlirləri əvvəlki ilə nisbətən 94,4% artaraq 78,633 mlrd. manat təşkil edib.

Koordinat.az
xəbər verir ki, bu barədə şirkətin 2017-cı il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub. Hesabat “Ernst&Young” (EY) şirkəti tərəfindən audit olunub.

Şirkətin ötən il İsveçrədən gəliri ümumi gəlirlərin 85%-ni təşkil edib.

SOCAR-ın Azərbaycandakı gəlirləri 4,1% artaraq 5,382 milyard manat olub. Şirkətin Türkiyədəki gəlirləri 41,6 faiz artaraq 4,925 milyard, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 14,5% artaraq 1,324 milyard, Gürcüstanda 13,3% artaraq 1,185 milyard, digər ölkələrdəki gəlirləri isə 82% artaraq 1,122 milyon manat təşkil edib.

Qeyd edək ki, 2017-cı ildə SOCAR-ın məcmu gəlirləri 78% artaraq 92,571 mlrd. manat olub (Report).
14.06.2018 14:31:05
Oxuma sayı: 366