Tovuzda müəllim “Son zəng” zamanı öldü
Ölçü:


Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.

Koordinat.az
xəbər verir ki, APA-nın yaydığı məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.

14.06.2018 13:48:10
Oxuma sayı: 187