Azərbaycanda iqtisadi artım azalır
Ölçü:


Bu ilin yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrünə nisbətən 1,1% artaraq 29,294 mlrd. manata çatıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. 

Xatırladaq ki, iqtisadi artım göstəricisi yanvar-aprel aylarının yekununda 1,2%, yanvar-mart aylarının yekununda isə 2,3% təşkil edib. Başqa sözlə, ölkədə iqtisadi artım azalmaqda davam edir.

5 aylıq ÜDM istehsalının 48,8%-i sənayedə, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,7%-i tikintidə, 6,1%-i nəqliyyat və anbar təsərrüfatında, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşədə, 1,6%-i informasiya və rabitə sahələrində, 13,8%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7%-ni təşkil edib.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,9% artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 991,1 manata bərabər olub (FED).
14.06.2018 12:04:00
Oxuma sayı: 252