Ülfət Kərimova həsr olunan “EL qəhramanı “ filmi - FOTOLAR
Ölçü:


Yüzlərlə erməni əsgər-zabit heyyətini məhv edib əsir alan "Azərbaycan Bayrağı Ordenli" şəhid Kəlbəcərli Ülfət Kərimova həsr olunan “EL qəhramanı “sənədli filmin Nizami kinoteatrında nümayişi olub.

Koordinat.az
xəbər verir ki, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Ülfət Kərimovun qənimət olaraq ələ keçirdiyi zirehli texnikalar, silah-sürsatlar, əlbəyaxa döyüşlə təslim edib əsir aldığı erməni-rus zabitlərinin görüntüləri filmdə göstərilib. İdeya müəllifi Aqil Uluxanlının, rejisorluğu Nizami Abbasa məxsus olan sənədli filmdə Ağdaban uğrunda gedən döyüçlərdə saz-söz ustadı Aşıq Şəmşirin məzarı yaxınlığında düşmən tanklarını məf edib sonda da şəhidlik zirvəsinə ucalan əfsanəvi kəşfiyatçı Ülfət Kərimovun qəhrəmanlığı indiki və gələcək nəsillərə, içtimayyətə böyük bir vətənpərvərlik nümünəsi kimi bir daha çatdırılıb.

Tədbirdə daha sonra "Azərbaycan Bayrağı Ordenli" şəhid Ülfət Kərimovun Milli Qəhrəman statusuna layiq görülməsi ilə bağlı Azəebaycan Respublikası Prezidentinə Kəlbəcər xalqı, ziyalıları adından müraciət ünvanlanıb. Qeyd edək ki. Ülfət Kərimovun bu statusa layiq görülməsi ilə bağlı onun komandirləri tərəfindən sağlığında iki dəfə və ölümündən sonra bir neçə dəfə müraciət göndərilsə də təəssüflər olsun ki, bu məsələ hələ də öz həllini tapmayıb.

14.06.2018 11:54:00
Oxuma sayı: 20472