Elman Rüstəmov: "İnflyasiya proqnozu yenidən qiymətləndiriləcək"
Ölçü:


“İnfilyasiya proqnozunu hökumət və biz hazırlayırıq. Hazırda isə biz bu proqnozu dəyişmirik. Bildiyimiz kimi, qarşıdan yay mövsümü gəlir və inflayasiyanın azalacağı mümkün deyil”.

Koordinat.az
-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O, bildirib ki, Azərbaycan Mərkəzi Bankı hələ ki inflyasiyanın səviyyəsi ilə bağlı proqnozunu dəyişdirmir: “Sadəcə ilin ilk 9 ayının yekunlarına görə, inflyasiya proqnozunun yenidən qiymətləndirilməsi həyata keçiriləcək. Bu il ərzində inflyasiyanın azalması davam edir. 5 ayda orta illik inflyasya 3,2% olub. Əhalinin gəlirlərinin artması qiymətlərin artım tempini üstələyib. Maydan başlayaraq mövsümi amillər inflyasiyanın azalmasını dəstəkləyib. Ev təsərrüfatları arasında monitorinq göstərir ki, inflyasiya gözləntiləri son illərin minimum səviyyəsinə enib. 2018-ci ilin sonuna qiymət artımının əvvəlcədən proqnozlaşdırıldığı kimi, birrəqəmli səviyyədə olacağı gözlənilir".
14.06.2018 10:52:00
Oxuma sayı: 265