Şahzadə Rusiyaya 9 təyyarə ilə gələcək
Ölçü:


Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Rusiyaya 9 təyyarə ilə gələcək.

Koordinat.az
xəbər verir ki, bu barədə “Daily Storm” nəşri məlumat yayıb. Bildirilir ki, şahzadə Ritz Carlton otelinin bütün 11-ci mərtəbəsini tək özü və heyəti üçün sifariş edib.

Nəşrin məlumatına görə şahzadəni Rusiya Federal Mühafizə Xidmətinin əməkdaşları qoruyacaq. Otelin 11-ci mərtəbəsinə giriş xüsusi buraxılış vasitəsi ilə mümkün olacaq. Rəhbərlik məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov prezident Putinin çempionat öncəsi qarşılayacağı 13 yüksək çinli qonaqların adlarını çəkib. Onların içərisində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl Səudun da adı var.

 
14.06.2018 10:13:00
Oxuma sayı: 171