Ceyhun Bayramovdan məzunlara son zəng təbriki
Ölçü:


Təhsil naziri Ceyhun Bayramov məzunları təbrik edib.

Koordinat.az
xəbər verir ki, nazirin təbrikində deyilir:

“Əziz məzunlar!
Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibəti ilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm!

Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcəkdir. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi  və dəyərlər bu yolda sizə  zəruri dəstək verəcək.

Əminəm ki, Siz  özünütəsdiq  inamınızla  arzuladığınız gələcəyi quracaq,  ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız.

Əziz məzunlar!
Cənab Prezidentimizin qeyd etdiyi kimi, zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Güclü Azərbaycanı müasir düşüncəli, milli ruhlu, əməksevər vətəndaşlar yaşadır və irəli aparır. Ömürboyu öyrənmə yanaşması, səmərəli ünsiyyət və əməkdaşlıq  bacarıqları olan, Vətən sevgisi ilə yaşayan gənclərimiz bizim qızıl insan kapitalımızdır.

Sizin hər biriniz Azərbaycan üçün dəyərli və əvəzolunmazsınız!

Həyatınızın yeni mərhələsində sizə uğurlar arzulayıram!”

14.06.2018 09:57:00
Oxuma sayı: 122