FED uçot dərəcəsini artırdı
Ölçü:



Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

Koordinat.az
xarici mediaya istinadən xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,75- 2,0 faizədək  artırıb.

Qeyd edək ki, bundan əvvəl FED  martın 21-də  uçot dərəcəsini artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.
13.06.2018 22:19:00
Oxuma sayı: 329