Putin Paşinyanla bu məsələləri müzakirə etdi
Ölçü:



Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Koordinat.az
APA-ya istinadən xəbər verir ki, Kremldə keçirilən görüşdə Vladimir Putin Rusiya-Ermənistan münasibətlərinin strateji olduğunu söyləyib: "Rusiya Ermənistanla ticarət dövriyyəsində ilk yerini əminliklə qoruyub saxlayır. Biz ticarət-iqtisadiyyat sahəsində bir nömrəli tərəfdaşıq. Ötən il ticarət dövriyyəsinin həcmi 30 faizdən çox artıb. Bu il də artım müşahidə olunur".

N. Paşinyan isə çıxışında Rusiya və Ermənistan arasındakı münasibətlərin xüsusi olduğunu vurğulayıb: "Əmin edirəm ki, bu cür əməkdaşlıq daha da möhkəm olacaq. Düşünürəm ki, həm Ermənistanda, həm də Rusiyada bu münasibətlərin inkişafından məmnundurlar. Ümid edirik ki, bu münasibətlər hər iki xalqa və dövlətə, ölkələrimizin maraqları və suverenliyinə hörmət əsasında daha da effektiv inkişaf edəcək. Bu çox vacibdir"
13.06.2018 20:20:43
Oxuma sayı: 475