Məşhur hospitaldan 20 həkim, onlarla tibb işçisi qovulub - SİYAHI
Ölçü:


Bakıda "Grand Hospital” adıyla fəaliyyət göstərən xəstəxananın adı bu günlərdə "Ege Hospital” olaraq dəyişdirilmiş və xəstəxananın onlarla azərbaycanlı həkimi qəfil işdən qovulub. Onların əvəzinə isə xəstəxana rəhbərliyi Türkiyədən həkimlər dəvət edilib.

Koordinat.az
xəbər verir ki, "Bakupost"un yaydığ məlumata görə, gözləmədikləri anda işlərindən qovulan azərbaycanlı həkimlər Türkiyədən dəvət edilən bu həkimlərin Bakıda işləmək üçün lizensiyalarının olmadığını demiş, xəstəxana rəhbərliyini qanunsuz fəaliyyətdə ittiham etmişdi. Bildirilir ki, xəstəxananın yeni rəhbərliyi tibb "Grand Hospital”da adı altındakı dövrdə işləmiş daha bir qrup həkimi zorla işdən qovub. Məlumatda bildirilir ki, xəstəxana rəhbərliyi işdən çıxarmaq istədikləri həkimləri və digər tibb işçilərini məcburi qaydada işdən könüllü çıxdıqları barədə sənədə qol çəkdirib. Belə ki, rəhbərlik əməkdaşların maaşlarını verməməklə hədələyərək, onları zorla sənədə qol çəkdirməyə məcbur edir. Könüllü şəkildə işdən çıxmaq istəməyənləri isə halal maaşlarını verməməklə hədələyir.

Son məlumata görə, xəstəxanadan onlarla həkimlə yanaşı, xeyli sayda tibb personalı da qovulub. Xəstəxanadan yeni işdən çıxarılan həkimlərin adları isə aşağıdakı kimidir.

Namiq İsmayılov
Rasim Məhərrəmov
Şahin Manafov
Pərviz Aslanov
Tələb Şəfiyev
Röyalk hacıməmmədov
Könül Mahmudova
Afaq Qəhrəmanova
Zərifə Hacıbəyli
Ramil Abdulov
Teymur Məmmədov
Zərdan Bəylərov
Arzu Hüseynob
Seymur Musayev
Günay Əhədova
Lalə Alıcan
Arzu Eyyubova
Əlkəbər Həmidov
Əlizamin Sadıqov
Günay Ağazadə

Onu da qeyd edək ki, "Grand Hospital”dan işdən çıxarılan həkimlər və tibb işçiləri müvafiq dövlət qurumlarına və ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır.

13.06.2018 17:29:00
Oxuma sayı: 493