İdxala gömrük tarifləri artırıla bilər
Ölçü:


Dövlət Gömrük Komitəsi (DGK) məhsul idxalına tariflərin artırılması imkanını istisna etmir.

Koordinat.az
-ın məlumatına görə, bunu “Azərbaycan gömrüyü – bu gün və sabahın çağırışları” adlı jurnalistlər üçün seminar zamanı DGK-nin Maliyyə, tariflər və valyuta nəzarət Baş İdarəsinin Gömrük tariflərinin nizamlanması Şöbəsinin rəisi Əzizağa Hüseynov deyib.

Əzizağa Hüseynovun sözlərinə görə, tariflərin mümkün artırılması ilk növbədə daxili istehsalın müdafiəsinə yönələcək: “İlk növbədə bu, kənd təsərrüfatı, maşınqayırma və digər sənaye sahələrinə şamil olunur”.
13.06.2018 16:49:14
Oxuma sayı: 301