Gömrük Komitəsinin rəsmisi: "Bizim belə şeylərə ehtiyacımız yoxdur"
Ölçü:


"Azərbaycan dövləti kifayət qədər inkişaf edib və başqa ölkələrdən bu cür malların gətirilməsinə ehtiyac yoxdur:

Koordinat.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov  bildirib. O qeyd edib ki, turist kimi xaricə gedən vətəndaşların geri qayıdarkən çoxlu sayda spirtli içki, siqaret və digər məhsullar keçirməsi normal hal deyil: “Bir dəfə Gürcüstandan Azərbaycana gəlirdim. Bir vətəndaş mənə yaxınlaşaraq 3 qutu siqaret, 3 qutu spirtli içkinin bizim tərəfə keçirməyimi xahiş etdi. Ona kim olduğumu xatırlatdım və qanuna tabe olmağa çağırdım. Artıq belə hallara yol  vermək olmaz”.

Səməd Qaralov deyib ki, heç bir ölkədə belə hallara rast gəlinmir: “Heç bir ölkədə yoxdur ki, kimsə turist kimi başqa ölkəyə gedə və qayıdanda özüylə 3 kisə kartof gətirə. Ölkəmiz inkişaf edib, bizim belə şeylərə ehtiyacımız yoxdur. Gömrük Məcəlləsində belə bir anlayış nəzərdə tutulmayıb. Fiziki şəxs vergi orqanlarında sahibkarlıq fəaliyyətilə məşğul olan şəxslərə deyilir. Gömrük sərhəddini keçənlər isə fiziki şəxs deyil, səyahətçidir. Səyahətçi özüylə zəruri vasitələrini apara bilər, 30 kiloqram kartof aparmaz, 20 kiloqram yağ aparmaz. Biz artıq bu cür düşüncələri tərk etməliyik”.
13.06.2018 13:48:06
Oxuma sayı: 461