Pensiya və müavinətlər artırıla bilər
Ölçü:


Azərbaycanda 2018-ci il dövlət büdcəsində pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin,  dövlət büdcəsindən maliyyələşən təşkilatlarda  çalışan işçilərin əməkhaqqları üçün ayrılan vəsaitin məbləği artırılır.

Koordinat.az
xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib. Bildirlib ki, pensiya və sosial müavinətlərin,  ünvanlı sosial yardımın, təqaüdlərin,  dövlət büdcəsindən maliyyələşən təşkilatlarda  çalışan işçilərin əməkhaqqlarının  cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər  sosial tədbirlərin  maliyyə təminatı üçün  təsdiq  edilmiş dövlət  nüdcəsində nəzərdə tutulmuş 384 milyon manatla yanaşı, 2018-ci ilin yenidən  baxılacaq dövlət büdcəsinin xərclərindən əlavə olaraq 128 milyon manat  vəsait yönəldiləcək.

Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin iyunun 28-29-da keçirilməsi nəzərdə tutulan növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq.

13.06.2018 11:52:00
Oxuma sayı: 1264