YAP-çı deputatdan etiraz: ""Koroğlu kimi qaçağın abidəsini parkın ortasına, Xətainin isə..."
Ölçü:


“Şah İsmayıl Xətai Azərbaycanı qurub. Onun abidəsini Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yolun ortasına qoyublar. Bir turist şəkil çəkdirmək istəsə, onu maşın vurub öldürəcək”.

Koordinat.az
xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, Koroğlu kimi qaçağın abidəsini parkın ortasına, Şah İsmayıl Xətainin heykəlini isə yolun ortasında yerləşdiriblər: “Bu, düzgün deyil. Tariximizə sahib çıxmalıyıq”.

Spiker Oqtay Əsədov isə S.Novruzova cavab olaraq deyib ki, Koroğlu qaçaq olmayıb: “Etnoslarımıza sataşmayın!”
12.06.2018 17:53:00
Oxuma sayı: 1301