İlham Əliyev Türkiyəyə gedir –TANAP-ın açılışına
Ölçü:


Sabah Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılışı olacaq.

Koordinat.az
xəbər verir ki, TRT-nin yaydığı məlumata görə, Əskişəhərdə keçiriləcək açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğan, onun azərbaycanlı və gürcü həmkarı İlham Əliyev və Gürcüstan prezidenti Giorgi Marqvelaşvili  də iştirak edəcək.

Xatırladaq ki, TANAP ilə Azərbaycanın Xəzər dənizində yerləşən “Şahdəniz-2” qaz yatağı və Xəzərin cənubundakı digər yataqlardan hasil olunacaq qazın əvvəlcə Türkiyəyə, sonra da Avropaya daşınması planlaşdırılır.

Bildirilir ki, açılış mərasimində dost və layihədə maraqlı olan ölkələrin dövlət və hökumət başçıları, onların enerji nazirləri, enerji şirkətlərinin rəhbərləri və yüksək səviyyəli şəxslər iştirak edəcək.
11.06.2018 16:43:00
Oxuma sayı: 212