Putin bu liderləri Dünya Çempionatının açılışına dəvət edib - SİYAHI
Ölçü:


Rusiya prezidenti Vladimir Putin iyunun 14-də açılışı olacaq futbol üzrə Dünya Çempionatına bir sıra ölkə başçılarını dəvət edib.

Koordinat.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, Putinin şəxsən dəvət etdiyi ölkə liderləri arasında Ermənistan prezidenti Nikol Paşinyan, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və Moldova prezidenti İqor Dodonun adı var.

Azərbaycan prezidenti İlham Əliyev futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak etmək üçün Moskvaya gedəcək.

Yaxın günlərdə daha bir neçə ölkə prezidentinin də Dünya Çempionatına dəvət olunacağı gözlənilir. Kanada baş naziri Castin Trüdo, ABŞ lideri Donald Tramp, Fransa prezidenti Emmnuel Makron və Böyük Britaniya baş naziri Tereza Meyin açılış mərasiminə qatılmayacağı məlumdur. Amma Almaniya kansleri Angela Merkel yerli mətbuata son müsahibələrində Putinin dəvətini qəbul edərək Moskvaya gedə biləcəyini istisna etməyib.

11.06.2018 12:29:00
Oxuma sayı: 492