Aşıq Şəmşirin 125 illik yübleyi Göygöldə qeyd olunub - FOTOLAR
Ölçü:


Göygöl rayon Mədəniyyət Mərkəzində Azərbaycan aşıq sənətinin ustad isimlərindən Əməkdar İncəsənət xadimi Aşıq Şəmşir Qocayevin 125 illik yubiley tədbiri keçirilib.

Koordinat.az
xəbər verir ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə keçirilən yubiley Şəmkir Regional Mədəniyyət İdarəsi və Göygöl rayon İcra Hakimiyyəti aparatı tərəfindən təşkil edilib. Yubileydə Aşıq Şəmşirin həyat və yaradıçılığı, aşıq sənəti, ədəbiyyat və incəsənətə göstərdiyi xidmətlərdən söz açılıb.

Tədbirdə regional idarənin Şəmkir rayonu üzrə nümayəndəliyidən Aşıq Vüqar Qurbanov, Göygöl rayonundan Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbi, Əməkdar Mədəniyyət işçisi Aşıq Fətullah, Aşıq Ələddin, Aşıq Zülfüqar, AşıqElbrus, Gədəbəy rayonundan Gədəbəy Aşıq Musiqi Məktəbinin müəllim və şagirdlərindən ibarət ""Folklor"" ansamblı və instrumental heyəti, Əməkdar mədəniyyət işçisi Aşıq İmamverdi Mustafayev, gənc aşıqlar qrupu, Daşkəsən rayonundan Əməkdar Mədəniyyət işçisi Aşıq Əhliman , Aşıq Əfqan, Bakıdan Əməkdar mədəniyyət işçisi, balaban ifaçısı Sərdar Məmmədli iştirak ediblər.

20-yədək müxtəlif aşıq havaları üstündə yalnız ustad sənətkarın şeirləri, həmçinin onun böyük saz-söz ustası Səməd Vurğunla deyişməsi oxunmuş, yubileydə Respublikanın Əməkdar Artisti Mehriban Zəki də Dədə sənətkarın şeirlərini ifa ediblər.

Maraqlı çıxışlar və ifalarla yadda qalan yubliey tədbirində Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev, idarənin əməkdaşları, "Aşıq Şəmşir" mədəniyyət Ocağından və Göygöl rayon ictimaiyyətindən olan nümayəndələr iştirak ediblər.

Tədbirin sonunda Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov yubiley münasibətilə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2 aprel 2018-ci il tarixli sərəncamına uyğun olaraq Aşıq Şəmşirin 125 illik yubiley ilə əlaqədar silsilə tədbirləri davam etdiriləcək.

10.06.2018 11:18:24
Oxuma sayı: 4160