Milli komandamız Latviyaya qalib gəldi
Ölçü:



Futbol üzrə Azərbaycan milli komandası Millətlər Liqasına hazırlıq çərçivəsində bu gün son yoxlama oyununu keçirib.

Koordinat.az
xəbər verir ki, komandamız səfərdə Latviyanın qonağı olub. Riqada, “Dauqava” stadionunda keçirilən matçda millimiz 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, millimiz bu toplanış çərçivəsində bundan əvvəl Qazaxıstana 0:3 hesabı ilə uduzub, Qırğızıstana eyni hesabla qalib gəlib.

9 iyun

Yoldaşlıq görüşü
19:00. Latviya – Azərbaycan - 1:3

Qollar: Maksim Medvedev, 20 (0:1), Cavid İmamverdiyev, 58 (0:2), Emin Mahmudov, 63 (0:3), Robert Uldriki, 90+3 (1:3)
Hakimlər: Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus)
Dördüncü hakim: Aleksandr Anufriyev (Latviya)
Riqa, “Dauqava” stadionu
09.06.2018 21:08:00
Oxuma sayı: 692