AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək
Ölçü:


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın Ümumi yığıncağı keçiriləcək.

AMEA-nın mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı keçiriləcək. Yığıncaqda, həmçinin AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək.
08.06.2018 09:59:00
Oxuma sayı: 564