NATO rəhbərliyi Türkiyə-ABŞ yaxınlaşması barədə
Ölçü:


NATO rəhbəri Yens Stoltenberq Məncib ilə əlaqədar Türkiyə və ABŞ arasında əldə olunmuş razılığı alqışlayıb.

Koordinat.az
xəbər verir ki, Stoltenberq bunu NATO üçün də uğurlu bir addım adlandırıb.

“Türkiyə və ABŞ-ın Məncibdə yol xəritəsində anlaşmasını məmnuniyyətlə qarşılayıram” – Stoltenberq bildirib.

Brüsseldə keçirilən mətbuat konfransında çıxışı zamanı Türkiyənin qanuni təhlükəsizlik qayğılarının da göz önündə saxlanılmasının lazım olduğunu qeyd edib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Naziri Mövlut Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pampeo arasında Vaşinqtonda keçirilən görüşdə Mənciblə bağlı razılığa gəlinib. Türkiyəyə qayıdan Çavuşoğlu PKK-nın 6 aydan da az bir müddətdə Məncibdən geri çəkiləcəyini bildirib.
06.06.2018 16:34:00
Oxuma sayı: 1227