Binəqədinin yeni icra başçısı "Kapital Bank"ın sədrinin qardaşıdır
Ölçü:


Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Koordinat.az xəbər verir ki, Elxan Allahverdiyev Kapital Bank-ın idarə heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır. Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. Daha sonra özəl tikinti şirkətlərindən birinə rəhbərlik edib.

Bu gün saat 16:00-da yeni başçının kollektivə təqdim ediləcəyi gözlənilir.

Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb (Modern.az).
06.06.2018 15:39:00
Oxuma sayı: 1461